Bu məktəbdə yanğın oldu - Şagirdlər təxliyə EDİLDİ - YENİLƏNİB

 14:40 18.02.2026     1609

Mingəçevir şəhəri 19 nömrəli tam orta ümumtəhsil məktəbinin bufetində elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində yaranmış kiçikmiqyaslı yanğının qarşısı alınıb.

Bu barədə Redaktor.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, müvafiq plana uyğun olaraq şagirdlər və pedaqoji heyət dərhal təhlükəsiz əraziyə təxliyə edilib, onların səhhətində hər hansı problem qeydə alınmayıb.

"FHN-in müvafiq qüvvələri tərəfindən yanğın qısa müddətdə söndürülüb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir".

***

Mingəçevirdə məktəbdə yanğın olub.

Redaktor.az xəbər verir ki,  hadisə energetiklər yaşayış massivində yerləşən, 19 saylı orta məktəbdə baş verib. Belə ki, yanğına məktəbin bufetinin elektrik kabellərində yaranan qısaqapanma səbəb olub. Tüstülənməyə görə şagirdlər təcili təxliyə olunub.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğının qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır (unikal).

Vumart və Güvən reklamı Vumart Güvən