Bu məktəbin bufetini bağladılar - FOTO

 20:03 18.02.2026     626

Göygöldə kütləvi zəhərlənmə baş verən məktəb bufetinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi əməkdaşları tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

“Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”, - deyə əlavə edilib.

Qeyd edək ki, ötən gün Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib.

 


Vumart və Güvən reklamı Vumart Güvən