"İdrak"da şagirdi tərəfindən güllələnən müəllim liseydə işinə QAYIDIB?

 11:35 24.02.2026     355

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, müəllimin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Vumart və Güvən reklamı Vumart Güvən