Bu bölgədə 7 məktəbin direktor vəzifəsi boşdur

 16:14 02.03.2026     1303

Ölkə üzrə mərkəzləşmiş qaydada keçiriləcək direktorların işə qəbulu müsabiqəsinə Naxçıvanın ümumtəhsil müəssisələrindən 7 vakant direktor vəzifələri çıxarılıb.

Redaktor.az xəbər verir ki, direktorların işə qəbulu prosesinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən də 7 vakant direktor vəzifəsi çıxarılıb.

Belə ki, Naxçıvan şəhər 13 nömrəli, Şərur Rayon Çomaxtur, Mahmudkənd, Püsyan, Babək Rayon Babək Şəhər 2 nömrəli, Didivar və Kəngərli Rayon Şahtaxtı kənd tam orta məktəblərində olan vakant direktor vəzifələri müsabiqəyə çıxarılıb.  

Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Proses ölkə üzrə mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən