"Süni intellektə düzgün sualı verməsəniz, o da çaşa bilər"
“Gələcəyin konturları robotlaşdırılmış, insansız sistemlərlə bağlıdır”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində bildirdi.
“Dünyada 600 mindən çox robotlaşdırılmış sistem fəaliyyət göstərir. 4 milyondan çox robot var. Dünya sürətlə bu istiqamətdə gedir. Sizin də yəqin ki, süni intellektlə yaxınlığınız var, çatbota müraciət edirsiniz. Süni intellekt çalışır düzgün yolu göstərsin, kömək etsin. O, mənfi yox, müsbət obrazdır. Sizdən tələb olunur ki, düzgün sualı verəsiniz. Düzgün sualı verməsəniz, o da çaşa bilər”.
Aytəkin TOFİQQIZI













