1 kilo çörəkdən 400 ml spirt – Şagirdlərdən sensasion LAYİHƏ

 13:16 03.03.2026     1425

Bu gün “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimin açılışında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, eyni zamanda ARTİ-nin direktor müavini Fuad Qarayev çıxış edib.

Daha sonra isə layihələrlə tanışlıq olub. Bir-birindən maraqlı layihələrin təqdimatı həyata keçirilib.

Redaktor.az “Sabahın alimləri” layihəsinə Bakı Avropa Lisseyindən qatılan Zəhraxanım Mirzəveyanın və Şükran Abbasovanın birlikdə hazırladıqları layihə ilə bağlı onlardan məlumat alıb.

Qeyd edək ki, layihə çörək tullantılarından spirtin alınması ilə bağlıdır. 

Zəhraxanım Mirzəveya: Müasir dövrdə tonlarla çörək atılır. Tullantılar isə torpaqla qarışır. Bu isə ekoloji və iqtisadi problemlərə gətirib çıxarır. Çörək özü zəngin nişastaya malikdir. Bu nişastanın itməsi, israf olması böyük iqtisadi dəyər itkisidir.

Şükran Abbasova: Spirtdən əlavə, çörəkdən fermentasiya üsulundan istifadə etməklə həm karbon qazı, həm də gübrə alırıq. 1 kiloqram çörəkdən 350–400 millilitr arası texniki etanol, 400–450 qram arası üzvi gübrə, 300–350 millilitr arası karbon qazı alırıq. 0 itkisiz dairəvi iqtisadiyyat modeli yaratmışıq. Tədqiqatımız sübut etdi ki, çörək spirtin hazırlanması üçün dəyərli və səmərəli xammaldır. Həmçinin işimiz ekoloji problemin azaldılmasına töhfə verir. Alternativ enerji mənbələrinin inkişafına kömək edir.

Aytəkin TOFİQQIZI

2222
Vumart və Güvən reklamı Vumart Güvən