Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

 09:30 10.03.2026     4201

Martın 9-da keçirilmiş buraxılış imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını, eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər

Vumart və Güvən reklamı Vumart Güvən