Bu məktəbə yeni direktor təyin EDİLDİ

 15:39 18.03.2026     2497

Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, məktəbin direktoru Orucova Elarina Akif qızı olub. 

Qeyd edək ki, o, bu vaxtadək Zəngilan rayonu 14 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışırdı.

Məlumatı Şərqi-Zəngəzur Regional Təhsil idarəsi təsdiqləyib.

Vumart və Güvən reklamı Vumart Güvən