Azərbaycan universitetləri artıq tənqid zolağından çıxmağa başlayıb - Ekspert

 10:20 26.03.2026     628

"Azərbaycan universitetləri artıq tənqid zolağından çıxmağa başlayıb. İndiyə qədər adları daha çox rüşvət, savadsız məzun və digər neqativ hallarla hallanan ali təhsil müəssisələrinin bu gün dünya reytinqlərində yer alması düşünürəm ki, mühüm dönüş nöqtəsidir".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli feysbuk hesabında yazıb.

"Son məlumatlara görə, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsi, xüsusilə də TOP siyahılarda yer alması ölkəmizin ali təhsil sistemində baş verən dəyişikliklərin real nəticəsidir. Bu uğuru son nəticə kimi yox, başlanğıc kimi qəbul etməliyik. Əsas məqsəd reytinqdə görünmək deyil, həqiqətən rəqabətqabiliyyətli, bilikli və bacarıqlı məzunlar yetişdirməkdir.

İnşəallah ki, bu müsbət dinamika davamlı olar və universitetlərimiz yaxın illərdə daha yüksək pillələrə yüksələrək təkcə regionda deyil, qlobal miqyasda da söz sahibinə çevrilər".

Vumart və Güvən reklamı Vumart Güvən