Gələn həftə magistratura imtahanının ikinci cəhdi üçün qeydiyyat BAŞLAYIR

 11:54 26.03.2026     542

Gələn həftə magistratura imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayır.

Redaktor.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1-14 aprel tarixlərində aparılacaq.

Magistraturaya qəbul imtahanının ikinci cəhd imtahanı isə mayın 17-də keçiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrinə əsasən, imtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Vumart və Güvən reklamı Vumart Güvən