Bu ərazidə buraxılış imtahanının vaxtı DƏYİŞDİRİLDİ

 16:38 05.04.2026     1387

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən Redaktor.az-a verilən xəbərə görə, mövcud hava şəraiti ilə əlaqədar Çilov adasına helikopter uçuşu və gəmi ilə gedişlər təxirə salındığı üçün oradakı imtahan vaxtı da dəyişdirilib.

Bildirilib ki, imtahan tarixi dəqiqləşəndə həmin şagirdlərə (3 nəfər) məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən