Elm və təhsil nazirinin müavini 3 rayonun sakinlərini qəbul EDƏCƏK

 12:25 09.04.2026     1003

Elm və təhsil nazirinin müavini İdris İsayev 14 aprel tarixində Quba şəhərində vətəndaşları qəbul edəcək.

ETN-dən Redaktor.az-a verilən məlumata görə, qəbulda Quba, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər. 
 
Adları çəkilən rayonların sakinləri 12 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Vumart və Güvən reklamı Vumart Güvən