Bakı üzrə bütün məktəblərdə QR kodlu davamiyyət sistemi olacaq? - BŞTİ-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.
Bəs qarşıdan gələn illərdə Bakı şəhəri üzrə bütün məktəblərdə bu sistemin tətbiqi gözlənilirmi?
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu, həmin məktəbin fərdi təşəbbüsüdür:
"Amma bu dərs ilindən "Rəqəmsal məktəb" platforması üzərindən Elektron jurnal tətbiq olunur. "Rəqəmsal məktəb" platforması bütün paytaxt məktəblərini əhatə edir".
Aytəkin TOFİQQIZI













