MİQ-də iştirak üçün ödəniləcək məbləğ təsdiqləndi - QƏRAR
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiqlənib.
Redaktor.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
"Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin üçüncü cümləsinə uyğun olaraq, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat təsdiq edilib.













