"Tədris dilini oxuyub anlamayan heç bir fənn üzrə nəticə əldə edə bilməz" - DİM sədri
“2012-ci ildə bizə attestasiyanı həvalə etdilər. 2013-cü ildən bəri bunun modeli və hansı fənlərin aid olacağı müzakirə olunurdu. İki fənn əsasdır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.
“Tədris dilini oxuyub anlamayan heç bir fənn üzrə nəticə əldə edə bilməz. Riyaziyyat hamı üçün vacibdir. Gənclərimiz bu sahədə kifayət qədər biliklərə malik olmalıdırlar. Üçüncü fənnin hansı olması ilə bağlı təkliflər fərqli idi. Xarici dil olmasın deyənlərin əleyhinə idim”.
Aytəkin TOFİQQIZI













