DİM-dən xarici dil imtahanlarında yeni yanaşma - Beynəlxalq standartlara keçid

 11:30 27.04.2026     301

“2012-dən başlayan prosesdə çox problemlər var idi. Amma DİM 2016-cı ildən publik hüquqi şəxs kimi işləməyə başlayandan xarici dil sahəsinə daha çox diqqət etdik”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.

“Əsas istəyimiz o idi ki, beynəlxalq imtahanlara əsasən imtahanlarımızı aparaq. Dillərin tədris olunmasına və qiymətləndirilməsinə yanaşma tamamilə dəyişdi. Yeni şöbə yaratdıq. Peşəkar şöbədir və fəaliyyətini davam etdirir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən