"Bəzən deyirlər ki, artıq tərcümə proqramları var, süni intellekt var"

 11:51 27.04.2026     231

"Bəzən deyirlər ki, artıq tərcümə proqramları var, süni intellekt var. Amma deyə bilərik ki, bu belə deyil”.

Redaktor.az xəbər verir ki, bu fikiri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə səsləndirib.

“Dil bilmək insanın idraki inkişafını artırır və fərqli mühitlərdə özünü daha rahat ifadə etməyə imkan yaradır. 2016-cı ildən sonra Dövlət İmtahan Mərkəzi xarici dil imtahanlarını beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində daha sistemli iş aparmağa başlayıb. Bu çərçivədə Dövlət İmtahan Mərkəzi Avropada qəbul olunmuş CEFR standartlarına uyğunlaşma prosesinə start verib”, - deyə DİM rəhbəri qeyd edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən