4-cü və 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək - AÇIQLAMA
"Artıq son 3–4 il ərzində həyata keçirilən monitorinqləri qeyd etmək istərdim. Söhbət 4-cü və 6-cı sinif şagirdlərinin biliklərinin qiymətləndirilməsi ilə bağlı keçirilən monitorinqlərdən gedir".
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
Onun sözlərinə görə, bu il də, may ayının sonu, iyun ayının əvvəli 4-cü və 6-cı siniflər üzrə təxminən 150 minə yaxın şagirdin biliklərinin qiymətləndirilməsi nəzərdə tutulub:
"Qeyd etdiyim kimi, bu proses iyun ayının əvvəlində həyata keçiriləcəkdir".
NURİYYƏ













