Məktəblərdə attestatların verilməsi üçün “şirinlik” tələb olunurdu, indi isə... AÇIQLAMA

 12:33 01.05.2026     825

"İndiyə qədər həm ümumtəhsil məktəblərindən, həm də ali təhsil müəssisələrindən məzun olanlar sənədlərin əldə olunması üçün müəyyən bürokratik prosesdən keçirdilər. Bəzi ümumtəhsil məktəblərində attestatların verilməsi üçün hər hansı “şirinlik” tələb olunurdu, ali təhsil müəssisələrində isə əmək bazarına çıxanların və yaxud magistraturaya qəbul olunanların diplomlarının verilməsi ilə bağlı uzun prosedurlar aparılırdı. Yəni bu proses 4-5 ay vaxt alırdı".

Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda veriləcəyindən danışarkən bildirdi.

"Həm neqativ halların aradan qaldırılması, həm də sənədlərin daha sürətli təqdim edilməsi baxımından elektron təqdimat faydalı olacaq. Bu təcrübə dünyanın adlı-sanlı universitetlərində də tətbiq olunur. Elektron attestat əmək bazarına və ali təhsil pillələrinə daha geniş yol açır", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən