Bakıda məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma BAŞLADILDI

 18:46 01.05.2026     374

Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən