PISA nəticələri açıqlandı: Məktəbəqədər təhsil fərq yaradır
“2024-cü ildə pilot tədqiqat həyata keçirilib, pilot tədqiqatdan sonra bir il sonra 25-ci ildə əsas mərhələ həyata keçirilib və bu çoxsaylı uşaqla, çoxsaylı valideynlə, çoxsaylı tərbiyəçi ilə aparılan işdir. Böyük bir komanda işidir ki, hər bir tədqiqat kifayət qədər böyük bir komanda işidir”.
Redaktor.az xəbər verir ki, bunu “Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı”nın (IELS 2025) nəticələrinə dair məlumatlandırma sessiyasında elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirdi.
Onun sözlərinə görə, məhz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci il hesabatında bir daha məktəbəqədərin əhəmiyyəti ilə bağlı tədqiqat əsaslı üç vacib fikir vurğulanıb:
“Birincisi ondan ibarətdir ki, bilirsiniz ki, bu təşkilat PİSA qiymətləndirməsini də həyata keçirən təşkilatdır və tədqiqat göstərir ki, PİSA nəticələri məktəbəqədər təhsilə cəlb olunmuş uşaqlarda daha yaxşıdır. Yəni hansı uşaqlar ki, məktəbəqədər təhsilə əhəmiyyətli dərəcədə qoşulublar, onların 15 yaşına çatanda akademik göstəriciləri daha yüksək olur”.
NURİYYƏ













