Uşaq inkişafının 90%-i 5 yaşa qədər formalaşır - ARTİ

 15:30 05.05.2026     283

“Eyni zamanda məktəbəqədər təhsilə qoyulan investisiyanın qayıdışı ilə bağlı çoxlu tədqiqat nəticələri var və bu hesabatda da bu bir daha vurğulanır ki, yeddi on qat investisiya geri dönüşü var. Yəni bir uşağa xərclənən, məktəbəqədərdə xərclənən pulun geri dönüşü yeddi-on dəfə daha çoxdur”.

Redaktor.az xəbər verir ki, bunu “Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı”nın (IELS 2025) nəticələrinə dair məlumatlandırma sessiyasında elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirdi.

“Bir çox uşaq beyni inkişafı ilə bağlı tədqiqatların nəticələrinə də istinad olunur, ancaq biz daha çox çalışmışıq ki, bugünkü hesabatın beynəlxalq hesabatın mənbə kimi götürək istinad edək: insan beyni inkişafının da beş yaşa qədər 90 faizinin baş verdiyini nəzərə alsaq, məktəbəqədər təhsilin əhəmiyyətini bir daha biz diqqətə çatdırmış olarıq. Düşünürəm ki, bu ümumiyyətlə məktəbəqədər təhsilin Elm və Təhsil Nazirliyi üçün də xüsusi önəm, xüsusi əhəmiyyət daşıdığını vurğulamaq üçün bir fürsət idi bizdə”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən