Planşet əsaslı qiymətləndirmə: Uşaqlar fərdi qaydada test edilib

 15:35 05.05.2026     342

“Eyni zamanda tədqiqatçı uşaqların idraki bacarıqları yoxlanılıb. Yəni təməl savadlılıq və təməl riyazi bacarıqlar, icraedici funksiyalar yoxlanılıb, o cümlədən sosial-emosional bacarıqlar yoxlanılıb”.

Redaktor.az xəbər verir ki, bunu “Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı”nın (IELS 2025) nəticələrinə dair məlumatlandırma sessiyasında elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirdi.

O bunu necə elədiklərindəndə bəhs etdi:

“Hər bir uşaqla tədqiqat təşkilatçılarının təlim verdiyi xüsusi komanda fərdi olaraq işləyib. Hər bir uşaq planşetdə onların beynəlxalq tədqiqat komandasının hazırladığı müvafiq tapşırıqları işləyiblər və o tapşırıqlardan çıxan nəticələr əsasında analizlər aparılıb. Burada daha çox audio formatda məlumatları eşidiblər və interaktiv tapşırıqlar çıxıb. Tədqiqat yalnız tapşırıq işləməklə bitməyib, eyni zamanda həmin uşaqların valideynləri ilə sorğular aparılıb. Eyni zamanda həmin uşaqlara tədris aparan tərbiyəçilərlə də sorğular aparılıb. Uşaqların akademik nəticələri ilə o sorğuların nəticələri arasındakı əlaqə də təhlil olunaraq bu hesabat hazırlanıb və hər bir ölkə üzrə də bu hesabat ətraflı baxılır”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən