Aşağı nəticə göstərən uşaqlar niyə çoxdur? - ARTİ AÇIQLADI
“Digər bir məsələ buna "achievement gap" deyirlər, yəni çox yüksək bal toplayanlarla çox aşağı bal toplayanlar arasındakı fərq, uçurumdur”.
Redaktor.az xəbər verir ki, bunu “Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı”nın (IELS 2025) nəticələrinə dair məlumatlandırma sessiyasında elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev bildirdi.
Onun sözlərinə görə, bununla bağlı təəssüf ki, bizim də bu nəticələrdə uçurum böyükdür:
“Yəni belə götürsək ki, zəif nəticə yığan uşaqlarla yüksək nəticə yığan uşaqların arasındakı fərq çox böyükdür. Yəni fikir versəniz, bizim yüksək nəticə yığan uşaqların maksimum hissəsi 642-dir. Buna yaxın biz Estoniyanı və Koreyanı, 643-ü görə bilərik. Bizim yaxşı uşaqlar burdakı ən yaxşı uşaqlarla çox yaxın durublar, yəni top uşaqların göstəriciləri bizdə digər ölkələrin top göstəriciləri ilə yan-yanadır. Ancaq fərq böyükdür də. Məsələn, fikir verirsiniz, biz bu hissədə Koreya ilə eyni xəttdəyik, amma onların aşağı yığanları burda yığılırlar, bizdə çox zəif yığan uşaqlar var. Bu bizim yəqin ki, növbəti dövrdə təhsil siyasəti ilə bağlı planlaşdırmanı həyata keçirərkən, ümumiyyətlə bu tip halların aradan qaldırılması ilə bağlı növbəti fəaliyyət planını hazırlayarkən diqqət eləməli olduğumuz məqamlardan biridir”.
NURİYYƏ













