Kolleclərə qəbulda dəyişiklik edilib? - DİM sədri AÇIQLADI
“Kolleclərə qəbul və müsabiqə şərtləri dəyişməz qalır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində bildirib.
O qeyd edib ki, müsabiqəyə buraxılma şərtləri əvvəlcədən elan olunub və qüvvədə qalacaq.
Abbaszadənin sözlərinə görə, kolleclərə qəbul edilən tələbələrin sayı hələlik dəqiq müəyyən edilməyib:
“Hazırda konkret rəqəm demək mümkün deyil, amma düşünürəm ki, keçənilki səviyyəyə yaxın olacaq”.
DİM sədri əlavə edib ki, ümumi abituriyent sayı və nəticələrdə ciddi dəyişiklik müşahidə olunmur:
“Sosial şəbəkələrdə paylaşılan statistikaya baxdıqda da görünür ki, abituriyentlərin sayı və ümumi göstəricilər əvvəlki illərlə təxminən eynidir”.













