Abşeron məktəblisi imtahandan 300 bal topladı - FOTO
12 aprel 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Südabə Ramin qızı Novruzlu maksimum nəticə göstərərək 300 bal toplayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
"Bu yüksək nəticə şagirdimizin zəhmətinin, məqsədyönlü hazırlığının və müəllim dəstəyinin bariz göstəricisidir.
Şagirdimizi, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək təhsil həyatında yeni uğurlar arzulayırıq", - deyə idarənin paylaşımında deyilir.
AYSEL














