İki müəllim sertifikasiyada 60 bal TOPLADI

 10:25 11.05.2026     5768

Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin 3-cü gününün 1-ci seansında daha iki müəllim maksimum nəticə göstərərək 60 bal toplayıb.

Redaktor.az "Azərbaycan müəllimi"nə isitnadla xəbər verir ki, Şərur rayon Şahbulaq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Sona Cəfərova və Şərur rayon Gümüşlü kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nərmin Bağırova sertifikasiya imtahanında bütün sualları düzgün cavablandıraraq ən yüksək nəticəni əldə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən