"Bəzi ixtisaslar ləğv olunacaq" - Məleykə Abbaszadə

 12:51 14.05.2026     471

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisasların planlaşdırılması və bəzi ixtisasların ləğvi ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, APA-ya müsahibəsində bu dəyişikliklərin əmək bazarı və iqtisadi tələblərlə birbaşa bağlı olduğunu bildirib.

Məleykə Abbaszadənin sözlərinə görə, ali və orta ixtisas təhsili üzrə plan yerlərinin artırılması və ya azaldılması Nazirlər Kabinetinin qərarları əsasında həyata keçirilir.

O qeyd edib ki, bu prosesdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi birgə təkliflər təqdim edir.

DİM sədri vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi yalnız təsdiqlənmiş plan yerləri üzrə tələbə qəbulu prosesini həyata keçirir.

Onun sözlərinə görə, yeni ixtisasların yaradılması da mümkündür və bu təşəbbüslər əsasən ali təhsil müəssisələrindən gəlir.

Məleykə Abbaszadə bildirib ki, bəzi sahələrdə, xüsusilə kənd təsərrüfatı və qida təhlükəsizliyi istiqamətində gələcəkdə ciddi kadr tələbatı formalaşacaq.

O əlavə edib ki, bəzi ixtisasların ləğvi və ya ixtisar olunması normal prosesdir və bu, əmək bazarının dəyişən tələbləri ilə əlaqədardır.

 

Vumart və Güvən reklamı Vumart Güvən