Qarabağ Universitetində yeni fakültə YARADILIR
Qarabağ Universitetində kənd təsərrüfatı fakültəsinin tikintisi ilə bağlı hazırlıqlara başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib.
O, açıqlamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə səsləndirib.
Elçin Yusubov bildirib ki, Qarabağ Universitetində kənd təsərrüfatı fakültəsinin tikintisinə gələn ildən başlanılması nəzərdə tutulur.
Onun sözlərinə görə, növbəti illərdə isə yeni fakültəyə tələbə qəbulu həyata keçiriləcək.













