Universitetlərimizin THE beynəlxalq reytinqindəki göstəriciləri müzakirə olundu

 09:39 20.05.2026     356

Elm və təhsil naziri Emin Əmrullayev “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE beynəlxalq reytinqlərində mövcud təmsilçilik göstəriciləri, son illərdə əldə olunan irəliləyişlər və universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. 

Tərəflər Azərbaycan universitetlərinin beynəlxalq akademik nüfuzunun gücləndirilməsi və qlobal reytinqlərdə daha yüksək nəticələr əldə etməsi baxımından əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən