Sertifikatlaşdırma imtahanlarının nəticələrində texniki xəta AŞKARLANDI

 17:00 22.05.2026     892

Naxçıvanda 2, 3, 10 və 11 may tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Naxçıvan MR Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, 11 may tarixində keçirilən Gənclərin Çağırışaqədərki Hərbi Rəhbər vəzifəsi üzrə test imtahanında nəticələrin hesablanması zamanı proqram təminatında 4 sual üzrə texniki xəta qeydə alınıb.

Belə ki, həmin sualların qiymətləndirilməsi zamanı 1 bal əvəzinə səhvən 2 bal hesablanıb və bu səbəbdən bəzi nəticələrdə fərqlər yaranıb.

Bununla bağlı müraciətlərinizi portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə, eyni zamanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə yaxınlaşaraq edə bilərsiniz.

Vumart və Güvən reklamı Vumart Güvən