Bu şəxslər ali məktəblərdə yalnız dövlət sifarişi ilə təhsil alacaqlar - RƏSMİ

 10:53 26.05.2026     2332

“2026–2027-ci tədris ili üçün də ali təhsil müəssisələrinin doktoranturalarına qəbul olacaq namizədlərin yalnız dövlət sifarişi hesabına təhsil almaları proqnozlaşdırılır”.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman söyləyib.

Şöbə müdirinin sözlərinə görə, son 2 ildə doktorantura səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olan bütün doktorantlar yalnız dövlət sifarişi hesabına qəbul edilib:

“Son 2 ildə doktorantura səviyyəsi üzrə yalnız fəlsəfə doktoru proqramı üzrə qəbul aparılır və növbəti ildə bu ənənə davam etdiriləcək”.

Vumart və Güvən reklamı Vumart Güvən