Bu məktəbin direktoru vəfat etdi - FOTO

 22:40 29.05.2026     14008

Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru, təcrübəli pedaqoq Alidə Hüseynova vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə feysbukda Şəmkir səhifəsində məlumat yayılıb.

Onun səhhətində yaranan problem səbəbindən vəfat etdiyi bildirilir.

Qeyd edilib ki, Alidə Hüseynova 20 ildən çoxdur ki, həmin məktəbin direktoru işləyirdi.

Allah rəhmət eləsin!

 

2
Vumart və Güvən reklamı Vumart Güvən