RFO-nun ilkin nəticələri AÇIQLANDI

 15:42 08.06.2026     826

Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edilib.

Redaktor.az xəbər verir ki, şagirdlər müvafiq platformada ( //fenn-musabiqeleri2026.onrender.com/ ) ÜTİS kodlarını daxil edərək şəxsi kabinetlərinə keçid edə, nəticələri və qiymətləndirilmiş sual kitabçaları ilə tanış ola bilərlər.

Təhsil İnstitutundan bildirilib ki, nəticələrlə bağlı müraciətlər platformada təqdim olunmuş nümunəyə uyğun şəkildə 10 iyun saat 12:00-dək qəbul edilir. Qeyd olunan tarixdən sonra müraciət göndərmək mümkün olmayacaq. Müraciətlərə baxıldıqdan bir neçə gün sonra yekun nəticələr açıqlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən