Bu məktəb rəhbərliklərinə cəza tətbiq olunacaq - AÇIQLAMA
Bildiyimiz kimi, "Son zəng"ə artıq sayılı günlər qalıb. Bəzi məktəblərdə isə qoyulan qadağalara məhəl qoyulmadan "Son zəng"ə hazırlıqlar aparılır. Geyimlər alınır, musiqilər məşq edilir.
Bəs qadağalara məhəl qoymayan məktəbləri cəza gözləyirmi?
Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, təlimatda göstərilən müddəalara hər bir təhsil müəssisəsi, müəssisə rəhbərliyi, pedaqoji şura və pedaqoji heyət cavabdehdir və ümumi tədbirin keçirilməsinin birbaşa məsuliyyəti onların üzərindədir:
.jpg)
"Hər hansı təhsil müəssisəsində müvafiq olaraq "Son zəng"ə hazırlıqlar aparılırsa və təlimatdan kənar, qeyd olunan qaydalardan kənar tədbirlər keçiriləcəksə, təbii ki, həmin müəssisə rəhbərliyinə müvafiq cəza tətbiq olunacaq. Yəni bu qaçılmazdır. Çünki bu, artıq nazirliyin, o cümlədən agentliyin qaydalarını və qərarlarını heçə saymaq anlamı daşıyır. Belə olan halda, bu tədbirin təşkilatçılığına və keçirilməsinə məsul olan şəxslərin birbaşa cavabdehlik daşıdığını deməyə əsas verir. Nazirliyin inzibati qaydada qəbul etdiyi qərarlara uyğun olaraq hansı cəza üsulunun tətbiq ediləcəyi, təbii ki, gözləniləndir. Yəni qaydalara əməl edilmədiyi halda onların müvafiq cəzalar alması mümkündür".
Aytəkin TOFİQQIZI













