Sertifikasiya imtahanları ilə bağlı müzakirələrə nöqtə qoyan AÇIQLAMA 

 18:42 10.06.2026     2895

"Sertifikasiya hər il davamlı olaraq müxtəlif fənlər üzrə keçirilir. Bu il də müvafiq fənləri tədris edən müəllimlər sertifikasiya imtahanından keçəcəklər. Mən hesab edirəm ki, imtahanların təşkili ümumilikdə ədalətli şəkildə həyata keçirilir və suallar da normal səviyyədə hazırlanır".

Bu fikirləri Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a təhsilverənlərin sertifikasiya imtahanlarından danışarkən səsləndirdi.

Müsahibimiz vurğuladı ki, kim öz fənnini yaxşı mənimsəyibsə, sertifikasiyadan da rahat keçə bilir:

"Burada ciddi bir problem görmürəm. Məncə, ən yaxşılar layiq olduqları qiyməti alırlar. Eyni zamanda, sertifikasiya müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından vacib mexanizmdir. Bu proses müəllimləri daim öz üzərlərində işləməyə və peşəkar inkişaflarını davam etdirməyə təşviq edir. Nəticə etibarilə, həm müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, həm də təhsilin keyfiyyətinin artmasına xidmət edir."

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən