Bu il 116 mindən çox şagird məktəblə vidalaşır
Cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər şagird 11-ci sinfi bitirərək məzun adını qazanır.
Redaktor.az xəbər verir ki, məzunların 55 min 954 nəfərini qızlar, 60 min 596 nəfərini isə oğlanlar təşkil edir.
Məlumata görə, bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək.
Qeyd olunub ki, həmin məktəblərdən 171 nəfər məzun olaraq məktəb həyatı ilə vidalaşacaq.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdəki məktəblərin 11-də “Son zəng” tədbiri ilk dəfə təşkil edilir.













