"Süni intellekt var olan hər şeyi verir" - Rəşad Qardaşov
"Süni intellekt hazırda həyatımızın ayrılmaz tərkib hissəsidir. Artıq biz süni intellektlə yaşayırıq. Süni intellekt bizə lazım olan məlumatı, ən doğru məlumatı və ən qısa vaxtda çatdırır. Bu reallıqdır. Bununla barışmaq və yaşamaq lazımdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov səsləndirdi.
"Biz tədqiqatçılar, müəllimlər, bu sahə ilə məşğul olan adamlar bir şeyi unutmamalıyıq ki, süni intellekt platforması nə varsa, onu bizə verir. Özündən bir şey yaratmır. O haqda olan fikirlərin doğrusunu bizə təqdim edir. Ona görə də bu sahədə tədqiqat aparmaq lazımdır. Doğru fikirlər, sağlam fikirlər, dövrün tələbi ilə ayaqlaşan yanaşmalar olmalıdır. Elə tədqiqatlar aparılmalıdır ki, süni intellekt bizə həmin materialları tez bir zamanda təqdim edə bilsin. Süni intellekt mövcud materialları düzgün analiz edir. Yekun olaraq bildirmək istəyirəm ki, süni intellektdən hər sahədə istifadə edilməsi məqsədəuyğundur. Süni intellekt var olan hər şeyi verir", - deyə o əlavə etdi.
Aytəkin TOFİQQIZI













