132–134 nömrəli liseydə “Son zəng” coşqusu yaşandı

 23:30 13.06.2026     274

132–134 nömrəli liseydə 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə ənənəvi “Son zəng” tədbiri böyük təntənə ilə keçirildi. Məzunlar üçün unudulmaz xatirəyə çevrilən bu əlamətdar gün sevinc, qürur və kövrək duyğuların vəhdəti ilə yadda qaldı.

Redaktor.az xəbər verir ki, tədbirin açılışını liseyin direktoru Aygün Mikayılova edərək məzunları, onların valideynlərini və pedaqoji kollektivi təbrik etdi. Direktor çıxışında məzunlara gələcək həyat yollarında uğurlar arzuladı, onların Vətənə layiqli vətəndaş kimi xidmət edəcəklərinə inandığını bildirdi. O, şagirdlərin qazandıqları bilik və dəyərlərin həyatlarının hər mərhələsində onlara yol göstərəcəyini vurğuladı.

Tədbirdə iştirak edən dəyərli qonaqlar da məzunlara öz xoş arzularını çatdırdılar. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycanda Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək təhsil və peşə həyatlarında uğurlar arzuladılar. Qonaqlar öz nitqlərində gənclərin savadlı, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsinin əhəmiyyətini xüsusi qeyd etdilər.

Tədbirin ən duyğulu anlarından biri liseyin Vətən uğrunda canlarından keçmiş şəhid məzunları – Nicat Tarverdiyev, Fərid Əliyev və Yusif Budaqovun əziz xatirəsinin yad edilməsi oldu. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, onların qəhrəmanlıq yolundan bəhs edildi. Şəhid analarının çıxışları iştirakçılar tərəfindən dərin ehtiram və kövrək hisslərlə qarşılandı.

Rəsmi hissədən sonra lisey şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və rəqs çıxışları təqdim olundu.

132–134 nömrəli lisey məzunlarını ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayır.

2222222222222
Vumart və Güvən reklamı Vumart Güvən