Məktəblərə media savadlılığı dərsi gəlir? - Təhsil sistemində dəyişiklik siqnalı

 15:14 16.06.2026     648

"Son günlər uşaqların sosial platformalardan qorunması məsələsi kifayət qədər aktualdır. Uşaqların sosial platformalarda təhlükəsizliyinin qorunması ilə bağlı Elm və Təhsil Nazirliyinin nazir müavini Firudin Qurbanov səviyyəsində də açıqlama oldu ki, məktəblərdə xüsusilə sosial platformalara çıxış imkanları məhdudlaşdırılıb. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən də artıq nazirliyin qarşısında məktəblərdə planşetlərin, kompüterlərin çoxaldılması istiqamətində müəyyən addımların atılması şərtini qoyur. Bir halda ki, şagird sosial platformalardan istifadə edə bilməyəcək, bu zaman əlavə məlumatları məktəbdəki digər internet resurslarından istifadə etməklə əldə edə biləcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli uşaqların sosial platformalardan qorunmasından və məktəb proqramına media savadlılığı fənninin salınması təklifindən danışarkən qeyd etdi.

Onun fikrincə, uşaqların sosial mediaya çıxışına qoyulan qadağa müəyyən mənada düzgün addımdır:

"Bilirik ki, sosial şəbəkələr artıq sağlam olmayan fikirlər yaymaqla müəyyən şagirdləri təsir altına sala bilirlər və onlarda zərərli vərdişlərə aludəçiliyi də formalaşdırırlar.

Media savadlılığı fənninin keçirilməsi çox yaxşı olardı. Ancaq əgər bu gün bu təklif olunursa, bunun müzakirəsi bu il başlayırsa, bu o deməkdir ki, həmin sahə üzrə mütəxəssislərin formalaşması, onların maarifləndirilməsi, onların savadlılığının təmin olunması və bu fənn üçün lazımi avadanlıqların, məsələn, alətlərin, kitabların, digər vəsaitlərin hazırlanması tələb olunur. Əgər bu təşəbbüs bu gün qaldırılsa, müəyyən zaman tələb edir ki, ən azı bir neçə il lazım gələcək ki, bu, tədris proqramına salınsın".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən