Qruplar üzrə yüksək nəticə göstərənlərin SİYAHISI - ADLAR

 22:21 17.06.2026     1067

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanının II və III ixtisas qrupları üzrə nəticələrini elan edib.

Redaktor.az xəbər verir ki, imtahanın yekunlarına əsasən, qruplar üzrə ən yüksək nəticə göstərən abituriyentlər aşağıdakılardır:

 II qrup üzrə: Rüstəmli Banuçiçək imtahanın ikinci mərhələsində 397 bal, iki mərhələnin cəminə görə isə ümumilikdə 688.9 bal toplayaraq qrup birincisi olub.

 III qrup üzrə: Hüseynzadə Fidan birinci mərhələdə 293.8, ikinci mərhələdə isə 396.2 bal toplamaqla ümumilikdə 690 bal yığıb və qrupun mütləq lideri olub.

Bu qrupda həmçinin 3 abituriyent — Quliyeva Zeynəb (ümumi 687.7 bal), Qasımova Aişə (ümumi 685.9 bal) və Qardaşova Fidan (ümumi 685.2 bal) imtahanın ikinci mərhələsində maksimum 400 bal toplamağı bacarıb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən