Azərbaycanda ilk: 2000-dən çox məktəbli yarışacaq - FOTOLAR

 22:58 20.06.2026     667

İyunun 20-də Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət qurumlarının nümayəndələri, tanınmış idmançılar, ictimai xadimlər, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Qeyd olunub ki, Məktəblilərin Respublika İdman Olimpiadası ölkədə ilk dəfə keçirilir. Olimpiadaya 59 şəhər və rayondan 2000-dən çox məktəbli qatılıb. 

Açılış mərasimində şəhər və rayonları təmsil edən komandaların paradı təşkil olunub. Parad zamanı hər rayon və şəhərdən neçə məktəblinin iştirak etdiyi elan olunub. Məlum olub ki, ən çox iştirakçı ev sahibi Bakı şəhərinin payına düşür. Ən az iştirakçı ilə təmsil olunan rayon isə Tərtərdir. Bu rayonun komandasında cəmi 1 məktəbli var. 

Komandaların paradından sonra tədbirin bədii proqramı təqdim olunub və iştirakçılar üçün konsert təşkil edilib. Daha sonra Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi himni nümayiş etdirilib. Bununla da olimpiadanın rəsmi açılış mərasimi başa çatıb.

Qeyd edək ki, məktəblilər iyunun 21–26-da ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma və sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növlərində qüvvələrini sınayacaqlar.

NURİYYƏ

22222222222222
Vumart və Güvən reklamı Vumart Güvən