Bu məktəbdə yanğın oldu - FOTO

 12:44 22.06.2026     378

İyunun 21-də gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.  

‎Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən