Sertifikasiyada 59 bal toplayan müəllim: "Həyəcandan hansı sualı səhv yazdığıma baxmadım"

 11:41 24.06.2026     5053

“Çox sevincliyəm, tarix fənni üzrə 59 bal topladım”.

Bu fikirləri Redaktor.az-a tarix fənni üzrə sertifikasiya imtahanında iştirak edən Sabunçu rayon 22 nömrəli məktəbin müəllimi Zülfiyyə Yusifova bildirdi.

O vurğuladı ki, həyəcandan hansı sualı səhv yazdığına da baxmayıb:

“Sertifikasiya imtahanı üçün yanvar ayından test qruplarına qoşulmuşdum. Ancaq özüm də mütəmadi olaraq hazırlaşırdım”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən