"Abituriyentin uğuru repetitorun, valideynin zəhmətidir" - AÇIQLAMA
Məlumat verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür.
Məsələ ilə bağlı Redaktor.az-a danışan "Azərbaycan Təhsili" marifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov bildirdi ki, şagird mövzunu oxuyursa, mövzunun "niyə"sini öyrənmir:
"Məsələn, buraxılış imtahanında riyaziyyatdan imtahan verir. Hər hansı bir Pifaqor teoreminin və yaxud da digər düsturların haradan, necə yarandığını, haradan gəldiyini bilmir. Sonra bu şagird universitetə girir. Bu uşağa 2 il sonra sual ver, heç bir cavab verə bilməyəcək. Çünki oxuduğunun "niyə"sini bilmir. O faktorlar da var".
.png)
Onun sözlərinə görə, bütün məktəblərdə şişirdilmiş qiymətlər yazılır:
"İmtahanlarda yüksək nəticə toplayan abituriyentin uğuru isə məktəbin nailiyyəti deyil, o, repetitorun nailiyyətidir. O repetitorun, valideynin zəhmətidir. Ümumiyyətlə, məktəblərdə şəraitin yaradılması məsələsi də boşdur. Yenə qeyd edirəm, problemlərin əsas səbəbi odur ki, şagird oxuduğunu araşdırmır".
Aytəkin TOFİQQIZI













