"İmtahan prosesi şəffaf və ədalətli keçdi" - yüksək bal toplayan müəllim
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin tarix müəllimi Günay Şərifzadə təhsilverənlərin sertifikatlaşdırılması imtahanında yüksək nəticə göstərib.
Redaktor.az xəbər verir ki, 7 illik pedaqoji staja malik müəllim imtahanda mümkün 60 baldan 55 bal toplayaraq uğur qazanıb.
Günay Şərifzadə saytımıza açıqlamasında imtahan prosesinin şəffaf və ədalətli keçirildiyini bildirib. O qeyd edib ki, suallar asan, orta və çətin olmaqla müxtəlif səviyyələri əhatə edib və bu da namizədlərin biliklərinin obyektiv qiymətləndirilməsinə imkan yaradıb.
Müəllim vurğilayıb ki, imtahan öncəsi həyəcan yaşasa da, prosesin düzgün təşkili həmin gərginliyin aradan qalxmasına şərait yaradıb.
Aminə ŞAHSUVARQIZI













