“Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm” - 400 bal yığan şagird

 21:34 24.06.2026     728

“İlk sevincimi anamla bölüşdüm”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında I ixtisas qrupu üzrə 400 bal toplayan fizika-riyaziyyat və informatika təmayüllü lisey şagirdi Nargilə Zeynalova bildirdi.

O vurğuladı ki, bu nəticəni gözləyirdi:

“400 balı gözləyirdim. Çünki imtahana çox dəqiq hazırlaşmışdım. Oxuduğum məktəbə, hazırlıq müəllimlərimə təşəkkür edirəm. Onların əziyyəti danılmazdır. Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm. İxtisas olaraq isə informasiya təhlükəsizliyi - İT üzrə oxumaq istəyirəm”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən