"Yaxşı hazırlaşanlar imtahandan yaxşı nəticə əldə edə bilər" - yüksək bal toplayan müəllim
“Suallar elədə çətin deyildi”.
Bunu Redaktor.az-a sertifikasiya imtahanında iştirak edən Lökbatan qəsəbəsi 139 saylı məktəbin fiziki-tərbiyə müəllimi Mirfazil Sadıqov bildirdi.
O vurğuladı ki, 50 dəqiqə ərzində 54 bal yığıb:
“İmtahana təlimçilər ilə birgə hazırlaşmışam. Suallar yaxşı idi, düşünürəm ki, yaxşı hazırlaşanlar imtahandan yaxşı nəticə əldə edə bilər”.
NURİYYƏ













