“Bilmirəm 59-a sevinim, yoxsa 1 bala yanım” - Müəllim
“Bilmirəm 59-a sevinim, yoxsa 1 bala yanım”.
Bunu Redaktor.az-a açıqlamasında sertifikasiya imtahanında iştirak edən Nizami rayonu 210 saylı məktəbin fiziki-tərbiyə müəllimi Rəşad Musayev dedi.
O bildirdi ki, imtahandan 59 bal yığıb:
“İmtahana hazırlaşmışdım. Əslində ilk əvvəllər özümnən bu nəticəni gözləmirdim. Sonra baxdım ki, davamlı olaraq olaraq hazırlaşmağım mənə kömək göstərəcək. İmtahan sualları yaxşı idi, düşündürücü suallar da var idi”.
Qeyd edək ki, imtahanda maksimum nəticə 60 baldır.
NURİYYƏ













