"Kurikulum sualları çaşdırıcı idi" - 55 bal toplayan müəllim

 14:57 25.06.2026     509

"Artıq 8 ildir ki, müəllimlik fəaliyyəti göstərirəm. Bu 8 il ərzində müəllim kimi çox böyük uğurlarım olub. Şagirdlərim dəfələrlə olimpiada qalibləri olublar, hətta bir şagirdim olimpiadalarda həm qızıl, həm gümüş, həm də bürünc medallara layiq görülüb. Məncə, hər bir müəllimin uğuru onun şagirdlərindən başlayır. Bizim uğurumuz şagirdlərimizdir".

Bu barədə Redaktor.az-a açıqlamasında sertifikasiya imtahanında 55 bal toplayan Salyan rayon Rəfael Quliyev adına Ərəbqardaşbəyli kənd tam orta məktəbinin tarix müəllimi Fatma Məmmədli bildirdi.

Müsahibimiz sertifikasiya suallarının səviyyəsindən də danışdı:

"Əslində, öz üzərində çalışan və şagirdlərlə işləyən müəllim sualların öhdəsindən gələ bilərdi. Amma kurikulum sualları bir az düşündürücü, yəni diqqət tələb edən suallar idi. Hətta deyərdim ki, çaşdırıcı idi. Kurikulum suallarında bir az əziyyət çəkdim. Suallar diqqət tələb edirdi. İmtahana özüm hazırlaşırdım. İxtisasını bilməyən müəllim məktəbdə şagirdlərə necə dərs deyə bilər? Kurikulumla bağlı bəzən videolara baxır, müəllimlərin dərslərində iştirak edib qulaq asırdım. Amma bu, öz sahəm olduğuna görə öhdəsindən gələcəyimə əmin idim və uğurlu da oldum".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən